Prezidentin köməkçisi Kanadanın məşhur qəzetinə danışıb
07 oktyabr 2020 11:00 (UTC +04:00)

Prezidentin köməkçisi Kanadanın məşhur qəzetinə danışıb

Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” başlıqlı məqalə dərc edilib.

Lent.az-ın məlumatına görə, məqalədə Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirləri də yer alıb. Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişənin zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulayıb. Eyni zamanda, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə alındığını qeyd edib.

Müsahibə zamanı H.Hacıyev Ermənistanın öz ərazilərindən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsinin münaqişəyə əlavə daha təhlükəli bir ölçü əlavə etdiyini vurğulayıb.

H.Hacıyev “Atəşkəs çağırışı, həmçinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair [çağırış] ciddi bir mesajla, ciddi bir siyasi mesajla müşayiət olunmalıdır”, - deyə qeyd edib.

Eyni zamanda, o, Azərbaycan hərbçilərinin Xankəndi və onun ətrafındakı yalnız hərbi obyektləri hədəf aldığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar