“Ölkəmizə müxtəlif təzyiqlər var və Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə sinə gərməkdədir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yozdur: “Məqsəd ərazi bütövlüyümüzün təmin edilməsidir. Əgər atəşkəsin pozulması üçün Ermənistan təxribatları davam etdirəcəksə, Azərbaycan cavab vermək məcburiyyətindədir”.
H. Hacıyev Azərbaycan əsgərinin bu günlər rəşadət nümayiş etdirdiyini də vurğulayıb: “Azərbaycan əsgərlərinə də eşq olsun”.