Prezidentdən XƏBƏRDARLIQ: "Süni qiymət artıranlar ciddi cəzalandırılacaq"
06 aprel 2020 16:29 (UTC +04:00)

Prezidentdən XƏBƏRDARLIQ: "Süni qiymət artıranlar ciddi cəzalandırılacaq"

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Prezident qeyd edib ki, bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər: “Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar