Azərbaycan Prezidenti Milli Məclisin iclasına gəldiyi zaman Azərbaycanın dövlət himni ifa ediləcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
“Televiziya və radio yayımı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə Azərbaycanın Dövlət Himni hər səhər Azərbaycanın televiziya və radio yayımının əvvəlində səsləndirilməlidir. “İctimai televiziya və radio yayımı haqqında” qanuna da analoji məzmunda dəyişiklik təklif edilib.
Qeyd edək ki, hər üç qanuna "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunun icrası ilə əlaqədar dəyişiklik təklif edilir.