Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakəndə bir neçə obyektin açılış mərasimində iştirak edib.
APA xəbər verir ki, Prezident İlham Əliyevyeni istifadəyə verilən Balakən regional "ASAN Xidmət" mərkəzində yaradılan şəraitlə tanış olub.
Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.
Bundan əlavə, prezidentin iştirakı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.
Prezident İlham Əliyev səfər çərçivəsində Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə də tanış olub.
Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.
Həmçinin Prezident İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.
Tədbir zamanı Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.