Prezident Administrasiyasında yeni şöbələr yaradılıb.
Lent.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamında əksini tapıb.
Sərəncamla, Prezident Administrasiyasının yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb, Ədalət Vəliyev şöbənin müdiri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi yaradılıb. Şöbə müdiri postuna təyinat olmayıb.