Polşa azərbaycanlılarından Gəncə terroruna ETİRAZ
22 oktyabr 2020 11:41 (UTC +04:00)

Polşa azərbaycanlılarından Gəncə terroruna ETİRAZ

Polşanın Vrotslav şəhərinin azərbaycanlı icmasının təşəbbüsü ilə Vrotslav şəhərinin bələdiyyə binasının qarşısında icazəli etiraz aksiyası keçirilib. Polşanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların da iştrirak etdiyi aksiya Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vrotslav Univeristenin müəllimi İlahə Kərimova polyak dilində çıxış edib və erməni vandalizmini qınayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, aksiya iştirakçıları işğalçı Ermənistan ordusunun Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı yaşayış məntəqələrini, xüsusi ilə ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncəni dəfələrlə raket atəşinə tutmasını pisləyib. İşğalçı Ermənistan ordusunun törətdiyi terror aktı nəticəsində çoxsaylı mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olması Polşa ictimaiyyətinin diqqətinə çatdırıb.

Soydaşlarımız Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətinə son qoyulması üçün Polşa hökümətini, Polşa cəmiyyətini və beynəlxalq ictimaiyyəti müvafiq addımlar atmağa, erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər. Aksiya Polşanın Vrotslav TV kanalı vasitəsi ilə işıqlandırılıb.

Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin, xüsusilə də azyaşlı uşaqların ölümünə etiraz olaraq onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.

Aksiyada polyak və ingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Uşaq ölümünə son qoyulsun”, “Ermənistan, BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və digər şuarlar səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar