Polad Bülbüloğlundan Azərbaycan XİN başçısının Moskva səfərinə dair AÇIQLAMA
21 oktyabr 2020 19:17 (UTC +04:00)

Polad Bülbüloğlundan Azərbaycan XİN başçısının Moskva səfərinə dair AÇIQLAMA

“Azərbaycan Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq qalır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da təsdiq edib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində bildirib.

"Azərbaycan XİN başçısının məlum səfərinin əsas məqsədi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı hazırkı vəziyyət, Ermənistanı sülhə məcbur etmək barədə məsləhətləşmələr aparmaq, habelə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəl əldə edilmiş razılaşmaların icrası, dayanıqlı və tam nizamlanma üçün şərait yaradılması ilə bağlı məsələləri müzakirə etməkdir. Görüşdə nazir Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına və qəbul edilmiş 10 oktyabr bəyanatına sadiqliyini təsdiq edib”, - deyə diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081
avatar

Oxşar yazılar