Paşinyan münaqişənin həllinə Ermənistanın əngəl törətdiyini etiraf etdi - XİN
06 may 2020 19:03 (UTC +04:00)

Paşinyan münaqişənin həllinə Ermənistanın əngəl törətdiyini etiraf etdi - XİN

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatına münasibət bildirib.

Lent.az-ın xəbərinə görə, XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, bu bəyanatı ilə Ermənistan baş naziri Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olur.

“Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir. 

Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir”, - XİN rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar