Paşinyan BBC əməkdaşının sualları qarşısında aciz qaldı
07 oktyabr 2020 00:46 (UTC +04:00)

Paşinyan BBC əməkdaşının sualları qarşısında aciz qaldı

Ermənistan baş naziri Nikol Paşinyan BBC əməkdaşı İohan Fişerin sualları qarşısında aciz qalıb.

APA-nın məlumatına görə, N.Paşinyan "Qarabağ Ermənistanındır, oranın əhalisinin 80 faizdən çoxunu ermənilər təşkil edib. Problem ondan ibarətdir ki, Azərbaycan ermənilərin orada yaşamamasını istəyir. Buna görə də Dağlıq Qarabağa hücumlar edir" kimi təxribatçı bəyanatını təkrar edib. 

Maraqlıdır ki, Ermənistan baş naziri elə bu bəyanatın ardından "biz güzəştə hazırıq" deyib. 

Jurnalistin "Hazırkı beynəlxalq qərarlarda  Ermənistanın Dağlıq Qarabağı və ona bitişik əraziləri 25 ildən artıqdır ki işğal etdiyi deyilir.  Beynəlxalq qanunlar, BMT TŞ qətnamələri…" sualına cavabında Paşinyan deyib: "Təəssüf ki, çox adam onları oxumadan istinad edir. Orada Ermənistanın haranısa işğal etdiyi deyilmir".

İ.Fişer isə bildirir: "Lakin orada qeyd olunur ki, Qarabağ Azərbaycana məxsusdur. Qətnamələrdə belə deyilir".

Paşinyan isə bu suala cavab vermir və " bu gün Qarabağda ermənilərin təhlükə ilə üz- üzə olmasından" danışır. 

"Rusiya Prezidenti Putinlə son danışığınız zamanı Ermənistan ərazisinin vurulacağı təqdirdə Yerevanın Rusiyadan hərbi yardım görəcəyinə dair razılığa gəlmisiniz?" sualını da Paşinyan cavabsız qoyur və sual ətrafında manipulyasiya etməyə başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar