“Ermənistanın Azərbaycana hücumlarını şiddətlə qınayırıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu, Türkiyənin “Səadət” partiyasının sədri Temel Karamollaoğlunun “Twitter” paylaşımında əksini tapıb.
Partiya sədri bildirib ki, Qarabağ işğaldan azad edilməyənə qədər bölgəyə sülh gəlməyəcək.
“Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, daima Azərbaycanın yanında olduğumuzu bildirirəm”, - deyə T. Karamollaoğlu vurğulayıb.