Parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin sayı AÇIQLANDI
21 dekabr 2019 15:24 (UTC +04:00)

Parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin sayı AÇIQLANDI

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb. Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

M.Pənahov həmçinin qeyd edib ki, həmin müraciət edən şəxslərinin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 439 nəfəri isə imza vərəqələrini artıq götürüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036
avatar

Oxşar yazılar