Ordumuzun qan ehtiyatları ilə bağlı problemi yoxdur - MN
05 oktyabr 2020 10:24 (UTC +04:00)

Ordumuzun qan ehtiyatları ilə bağlı problemi yoxdur - MN

Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur:

"Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

Mehman Nəbiyev

Oxşar yazılar