Operativ Qərargah koronavirusla bağlı vəziyyət və vətəndaşların təxliyəsini müzakirə edib
17 mart 2020 20:38 (UTC +04:00)

Operativ Qərargah koronavirusla bağlı vəziyyət və vətəndaşların təxliyəsini müzakirə edib

 

Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, martın 17-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus epidemiyası ilə bağlı ölkədəki vəziyyət və hadisələrin mümkün inkişafı variantları, müxtəlif variantlarda hansı tədbirlərin görüləcəyi müzakirə olunub.

Baş Nazir İtaliya, Türkiyə, Macarıstan və bura yaxın ölkələrdən ölkəmizə qayıdan vətəndaşlarımızın karantinə yerləşdiriləcəyi barədə məlumat verib. İclasda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə də qərar qəbul edildiyi vurğulanıb. Qeyd olunub ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil olunacaq.

İclasda həmçinin martın 19-da saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının martın 29-dək dayandırıldığı barədə də məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2717
avatar

Oxşar yazılar