Ombudsman Ermənistanın mülki insanların toplandığı yerə mərmi atmasından DANIŞDI
15 iyul 2020 10:41 (UTC +04:00)

Ombudsman Ermənistanın mülki insanların toplandığı yerə mərmi atmasından DANIŞDI

“Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətini davam edərək Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub”.

 APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva bildirib.

Onun sözlərinə görə, Konvensiyanın həmin maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır: “Biz buna qəti etiraz edirik və bu haqda qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5020
avatar

Oxşar yazılar