Niderlandın siyasi partiyalarında erməni təxribatları müzakirə olundu - FOTO
27 iyul 2020 12:30 (UTC +04:00)

Niderlandın siyasi partiyalarında erməni təxribatları müzakirə olundu - FOTO

Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Xristian Demokrat Partiyasının Friesland bölgəsi üzrə rəhbəri Jokem Jan Zijlstra və CDA partiyasından olan Uaadhoeke bələdiyyəsinin koordinatoru Anton Uijkhuijs ilə görüş keçirib.

Lent.az-ın məlumatına görə, bu barədə E.Mirhəşimli özü məlumat verib. O, bildirib ki, görüşdə erməni diasporunun Avropada törətdiyi təxribatlarla bağlı məlumat verib:

“Bundan başqa, Xristian Demokrat Partiyasının parlamentdə xarici əlaqələr şöbəsi fəaliyyət göstərir. Haaqada bu partiyanın xarici əlaqələr şöbəsində daha bir görüşümüz olacaq. Erməni lobbisi bizdən öncə görüşüb şikayət edib. Amma partiya yetkililəri razılaşdılar ki, qərar vermədən öncə məni də dinləsinlər”.

E.Mirhəşimli əlavə edib ki, Ermənistanın Tovuz istiqamətində təxribatlara başlamasından dərhal sonra bu barədə məlumat vermək üçün Niderlandın bütün siyasi partiyalarına rəsmi məktub ünvanlayıb:

“Sadəcə Xristian Demokrat Partiyasından görüşə razılıq verilib. Amma çalışacam ki, Niderlandın digər siyasi partiyaları ilə də görüş keçirim və onları bu məsələ ilə bağlı onları məlumatlandırım ki, obyektiv qərar versinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2143
avatar

Oxşar yazılar