“Hadisə baş verəndən dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb, 10 nəfərdən çox mülki şəxs həlak olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Əraziyə təkrar baxışlar keçiriləcək, dəyən ziyan müəyyənləşdiriləcək".
APA-nın məlumatına görə, bunu səhər saatlarında Gəncəyə gəlmiş fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, Gəncədə əhali təmkinlidir, heç bir təşviş yoxdur: "Təkcə Gəncə deyil, digər şəhər və rayonlarda da yaşayış məntəqələrini raket atəşinə tuturlar, bu, vandalizmdir. Erməni vandalları dərslərini alırlar, Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Ali Baş Komandan tarix yazır".
K. Heydərov qeyd edib ki, dağılan bütün yerlər bərpa olunacaq, sakinlər mənzillərlə təmin olunacaq.