“Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib. O əlavə edib ki, komissiyanın iclasları açıq keçirilir: “MSK üzvləri hər kəslə, bütün namizədlərlə ünsiyyət qururlar”.