Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL), Ruslan İzzətli ( D18), Fərəc Kərimli ( Müsavat) və deputatlığa müstəqil namizəd Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.
Mitinqin təşkilatçılarından D 18 təşkilatının rəhbəri Ruslan İzzətlinin APA-ya verdiyi məlumata görə, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.
R. İzzətli bildirib ki, bu təkliflə razılaşmırlar: “Mitinqin harada keçiriləcəyi ilə bağlı mitinqin təşkilatçıları ilə bu gün görüş keçirib qərar verəcəklər”.
Qeyd edək ki, fevralın 24-də İlqar Məmmədov (REAL), Ruslan İzzətli ( D18), Fərəc Kərimli ( Müsavat) və Fərhad Mehdiyev (deputatlığa müstəqil namizəd) fevralın 29-da saat 15.00-dan 17.00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.