Milli Məclisə yeni sədr seçilib.
Lent.az yeni sədrin - Sahibə Qafarovanın dosyesini təqdim edir.
Sahibə Qafarova 1955-ci ildə anadan olub.
Sahibə Qafarova filologiya elmləri doktoru, professordur. İki ali təhsil alıb. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dil və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 2004-cü ildən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.
1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda Gender problemlərinin tədqiqi ilə məşğuldur. Prof.Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub.
Ədəbiyyat nəzəriyyəsi, “müasir rus və Amerika ədəbiyyatları” üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiya sahəsi üzrə Gender problemlərinin tədqiqi ilə məşğuldur.