Milli Məclisin növbəti plenar iclasının vaxtı dəyişdirilib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin aprelin 7-də keçiriləcək növbəti plenar iclasının vaxtı aprelin 9-na dəyişdirilib.
“İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb", - deyə o qeyd edib.