“Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi, televiziyası olmalıdır: “İclaslar həm canlı yayımla verilməli, həm də təkrar yayımlar olmalıdır”.