Milli Məclisin 30 mart tarixində keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.
Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi və digər qanunlara uyğunlaşdırma xarakterli təklif edilən dəyişikliklərdir.