Milli Məclis əməkdaşlarında koronavirus aşkarlandı
16 iyun 2020 11:43 (UTC +04:00)

Milli Məclis əməkdaşlarında koronavirus aşkarlandı

Azərbaycan Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Milli Məclis Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5047
avatar

Oxşar yazılar