Mehriban Əliyevaya ad günü münasibətilə təbriklər gəlməkdə davam edir
27 avqust 2020 17:06 (UTC +04:00)

Mehriban Əliyevaya ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mehriban xanım.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə yorulmaz fəaliyyətiniz, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Bu gün beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuzunuz, xalqın böyük rəğbətini qazanmağınız Sizin timsalınızda XXI əsr qadınlarımızın ictimai fəallığının parlaq örnəyidir.

Biz TÜRKPA olaraq tarixən xalqlarımızın xanımlara göstərdiyi yüksək hörmət və ehtiramı qeyd edərək, habelə ölkələrimizdə ailə dəyərlərimizin qorunmasına sadiqliyimizi bir daha ifadə edərək qadınlarımızın cəmiyyətin inkişafına göstərdiyi müstəsna xidmətlərə böyük önəm veririk.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik göndərib. Təbrikdə deyilir: “Hörmətli xanım Mehriban Əliyeva,

BP şirkəti və onun bütün heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovun Mehriban Əliyevanı göndərdiyi təbrikdə isə bildirilir: “Çox hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə “ARETİ” beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin.

Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun.

Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!”

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvlərin də Mehriban Əliyevaya təbrik ünvanlayanların sırasındadır. Təbrikdə bildirilir: “Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və firavanlıq arzulayır, bütün işlərinizdə uğurlar diləyirik.

Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqınızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə və Zati-aliləri cənab Prezidentə minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

 

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti Marianna Vardinoyannis

UNESCO-nun xoşməramlı səfiri Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Katerina Yuşşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı Rövşən Muradov

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti Elnur Əliyev

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş icraçı direktoru Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2500
avatar

Oxşar yazılar