Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva azərbaycanlıları təbrik edib.
Lent.az məlumat verir ki, M.Əliyeva "instagram" hesabında bu sözləri yazıb:
"Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".