Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 məntəqəsi üzrə 385 videogörüntünü araşdırıb.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Məzahir Pənahovun sözlərinə görə, qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə Mərkəzi Seçki Komissiyasının üzvləri ən azı 15 dəfə baxır.
O bildirib ki, videogörüntülər də müraciət və şikayətlər kimi dəqiqliklə araşdırılır.