Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramil Hüseynovun həmin dairədən namizəd olan İqbal Məmmədovla bağlı şikayətinə baxılıb.
APA-nın xəbərinə görə, bununla bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
İ. Şahbazov deyib ki, şikayətdə məntəqə seçki komissiya üzvlərinin seçkiqabağı təşviqatda iştirak etmələri bildirilib: “Araşdırmadan sonra məlum oldu ki, həqiqətən də məntəqə seçki komissiyasının bir üzvü İqbal Məmmədovun seçkiqabağı təşviqat kampaniyasında iştirak edir".
MSK-da məsələ müzakirə edilib və bildirilib ki, dairə seçki komissiyası məsələni araşdırsın.