Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.