MN: Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir
15 oktyabr 2020 20:54 (UTC +04:00)

MN: Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir

 

Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən "Smerç" YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır.

APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

"Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır", - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar