MN: "Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır"
10 oktyabr 2020 11:19 (UTC +04:00)

MN: "Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır"

“Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır”.

Lent.az xəbər verir ki bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir:

"Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır.

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir. Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Mehman Nəbiyev

Oxşar yazılar