MDB Parlamentlərarası Assambleyasının (PA) baş katibi Dimitri Kabitski və onun müavini MDB PA Monitorinq İnstitutunun müdiri İvan Mushket 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə prosesini izləyiblər.
Dimitri Kabitski APA-ya açıqlamasında seçkilərlə bağlı fikirlərini bildirib.
O qeyd edib ki, bu gün kifayət qədər məntəqəni ziyarət edə biliblər: "Biz seçki prosesinin təşkilatçılığına nəzarət edirik. Təşkilatçılıq yüksək səviyyədədir. Seçki prosesinin yaxşı keçməsi üçün mümkün olan hər şey edilib. Hələlik heç bir qayda pozuntusu müşahidə etməmişik. Əminik ki, hər şey belə davam edəcək”.