Londonda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçirildi
24 fevral 2020 14:38 (UTC +04:00)

Londonda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçirildi

Böyük Britaniyada yaşayan azərbaycanlılar və türkiyəlilər Londonda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər.

APA-nın Böyük Britaniya bürosunun məlumatına görə, yürüş Londonun şəhərinin Trafalqar Meydanından başlayıb, daha sonra Britaniya parlamentinin binası qarşısında mitinqlə davam edib.

Aksiya iştirakçıları əllərində “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik!”, “Biz sülh istəyirik!” şüarları yazılmış plakatlar tutublar.

Tədbirin təşkilatçısı Kamran Balayev Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətinə toxunub.

O, hər il Londonda Xocalı soyqırımı ilə əlaqədar çoxsaylı tədbirlər keçirildiyini bildirib.

Aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1351
avatar

Oxşar yazılar