Leyla Abdullayeva: "Absurd mövqeyi ilə Ermənistan tərəfi özünü kifayət qədər gülünc vəziyyətə qoyur”
04 mart 2020 00:31 (UTC +04:00)

Leyla Abdullayeva: "Absurd mövqeyi ilə Ermənistan tərəfi özünü kifayət qədər gülünc vəziyyətə qoyur”

 

“Əslində belə bir absurd mövqeyi ilə Ermənistan tərəfi özünü kifayət qədər gülünc vəziyyətə qoyur”.

APA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Türkiyə Xarici İşlər naziri M.Çavuşoğlunun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünə dair Ermənistan XİN-in mövqeyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bölgəmizdə və onun ətrafında baş verən və sürətlə cərəyan edən hadisələr ya onların görmə qabiliyyətindən və təhlil sahəsindən kənarda qalır, ya da emosiyalar yenidən üstünlük təşkil edir: “Dünyada və xüsusilə də bölgədə baş verən hadisələrin dəqiq və müfəssəl təhlili erməni tərəfinin qonşu ölkələrlə münasibətlərində konstruktiv yanaşmasına kömək edə bilərdi. Türkiyə bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həllində maraqlıdır. Türkiyə ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən onun daimi üzvüdür və hər zaman onun işində, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələrdə fəal iştirak edib. Emosiyaları yüksək olsa belə, Ermənistan tərəfinin Türkiyənin yüksək səviyyəli nümayəndələrinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün qiymətləndirilməsində nədən təhrifə yol verdiyi aydın deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113
avatar

Oxşar yazılar