Lalə Şövkət xəstəxanadan çıxdı
04 sentyabr 2020 17:11 (UTC +04:00)

Lalə Şövkət xəstəxanadan çıxdı

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət xəstəxanadan evə buraxılıb. 

Bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət evdədir və vəziyyəti yaxşılaşmağa doğru gedir: “Bir gün əvvəl Lalə xanımı xəstəxanadan evə buraxıblar. Vəziyyəti protokola uyğundur. Həkimlər onun səhhətini nəzarət altında saxlayırlar”.

Yoğun bağırsağında olan şişdən əziyyət çəkən Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət avqustun 22-də cərrahiyyə əməliyyatı olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2879

Oxşar yazılar