Könüllü fəaliyyətin istiqamətləri artırılır
31 mart 2020 23:03 (UTC +04:00)

Könüllü fəaliyyətin istiqamətləri artırılır

 

Könüllü fəaliyyətin istiqamətləri artırılır. 

APA-nın məlumatına görə, bu, “Könüllü fəaliyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Dəyişikliyə əsasən, “Sosial xidmət haqqında” qanununa uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi də könüllü fəaliyyətin istiqaməti kimi müəyyənləşib.

Beləliklə, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və  cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və “Sosial xidmət haqqında” qanuna uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi könüllü fəaliyyətin istiqamətləri kimi müəyyən edilir.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972
avatar

Firuzə Vahid

Oxşar yazılar