Azərbaycan Konstitusiya Məhkəməsi seçkilərlə bağlı iclasın vaxtını açıqlayıb.
Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-də saat 10:00-a təyin edilib.