KTMT-nin öhdəlikləri Dağlıq Qarabağa aid deyil - RƏSMİ
07 oktyabr 2020 14:34 (UTC +04:00)

KTMT-nin öhdəlikləri Dağlıq Qarabağa aid deyil - RƏSMİ

“Kollektiv Təhlükəsizlik və Müqavimət Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ aid deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bunlar təhlükəsizliyin təmin edilməsi baxımından olan öhdəliklərdir. Yəni, KTMT üzvü olan bir ölkə kənardan hansısa bir təcavüzə, hücuma məruz qalırsa, müqaviləyə üzv dövlətlərin həmin dövləti müdafiə etmək öhdəlikləri var", - deyə Kremlin sözçüsü vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi ölkəsinin hansı halda Dağlıq Qarabağdakı münaqişə bölgəsinə hərbçiləri göndərməyə hazır olduğu barədə danışarkən, bunun öhdəliklərdən irəli gəldiyini söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Rossiya1” kanalına müsahibəsində ölkəsinin KTMT çərçivəsində öhdəliklərindən danışıb, hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar