İran Qarabağ münaqişəsinin həlli üçün layihə hazırlayıb
05 oktyabr 2020 11:41 (UTC +04:00)

İran Qarabağ münaqişəsinin həlli üçün layihə hazırlayıb

İran Qarabağ münaqişəsinin həlli üçün layihə hazırlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü  Səid Xətibzadə bildirib.

O deyib ki, hazırda layihə araşdırılır: “Bizim mövqeyimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və  müzakirələrin başlanması üçün atəşkəsin bərpa edilməsidir”.

S. Xətibzadə qeyd edib ki, İranın bütün münaqişə tərəfləri və bölgədə olan digər tərəflərlə yaxşı əlaqələri var və bu baxımdan əlverişli mövqeyə malikdir: “Biz çalışdıq hər iki paytaxtla əlaqələr quraq. Ümid edirik ki, hazırlanmış layihəmiz çərçivəsində bu münaqişəyə son qoya biləcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar