İran-Azərbaycan sərhədində son vəziyyət - AÇIQLAMA
05 mart 2020 13:04 (UTC +04:00)

İran-Azərbaycan sərhədində son vəziyyət - AÇIQLAMA

“Son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb. Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycanı tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir”.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməlidir. Koronavirusa yoluxma halları qeydə alınarsa, onlar karantinə alınacaqlar. Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar. Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir”, - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Oxşar yazılar