Ümid Partiyasının sədri İqbal Ağazadə bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Lent.az xəbər verir ki, bu barədə İ.Ağazadə sosial şəbəkədə bildirib.
O qeyd edib ki, görüşdə bir sıra məsələlər ətrafında müzakirə aparılıb : “Görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri mövzusunda diskussiyamız oldu”.