Prezident İlham Əliyev 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə bağlı paylaşım edib.
APA-nın xəbərinə görə, Prezidentin rəsmi "Facebook" səhifəsindəki paylaşımda deyilir: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.