İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə etdi
14 fevral 2020 16:25 (UTC +04:00)

İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub.

APA xəbər verir ki, Azərbaycan Prezidenti görüşdə Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar