Hərbi xidmətə çağırış mayın 31-dək uzadıldı
31 mart 2020 16:33 (UTC +04:00)

Hərbi xidmətə çağırış mayın 31-dək uzadıldı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Qanununu təsdiqləyib.

APA-nın məlumatlına görə, qanuna əsasən, Azərbaycan vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılıb.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 31-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilib:

- Adında “30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və” sözləri “mayın 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və aprelin 1-dən 30-dək” sözləri ilə əvəz edilsin.

- 1-ci hissədə “çağırış gününədək” sözləri “2020-ci il aprelin 30-dək” sözləri ilə, “30-dək” sözləri “mayın 31-dək” sözləri ilə əvəz edilsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884
avatar

Oxşar yazılar