Hərbi təyyarəmizin vurulub İrana düşməsi yalandır - RƏSMİ
01 oktyabr 2020 12:06 (UTC +04:00)

Hərbi təyyarəmizin vurulub İrana düşməsi yalandır - RƏSMİ

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması yalandır.

Lent.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib:

"Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır.

Nazirlikdən bildirilir ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Mehman Nəbiyev

Oxşar yazılar