Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyət Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub.
Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən iclasda Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttindəki vəziyyətə xüsusi diqqət ayrılıb, davam edən döyüşlərlə bağlı son dərəcə narahatlıq ifadə olunub.
Prezident V. Putin iclas iştirakçılarını ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin dövlət başçılarının birgə bəyanatına hazırlıqla bağlı məlumatlandırıb.