Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin növbəti yalanları barədə özünün "twitter" hesabında paylaşım edib.
Lent.az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, erməni propoqanda maşını gülünc vəziyyətdə işləyir: "Erməni propoqanda maşını növbəti dəfə yalana əl atıb. Belə ki, onlar Gəncə şəhərinə raket hücumlarından sonra birgə təlim keçmiş Azərbaycan mülki müdafiə qüvvələrini Türkiyə qüvvələri kimi təqdim etməyə çalışıblar".