Haaqa Məhkəməsinə müraciət edilsə, Ermənistanın hərbi cinayətləri araşdırıla bilər
09 oktyabr 2020 13:59 (UTC +04:00)

Haaqa Məhkəməsinə müraciət edilsə, Ermənistanın hərbi cinayətləri araşdırıla bilər

“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq cinayətlər, Xocalıda soyqırımı törədib, etnik təmizləmə həyata keçirib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən brifinqdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov bildirib.

N. Səfərov deyib ki, Ermənistan insanlıq əleyhinə hərbi cinayətlərə yol verib: “Belə cinayətlər ilkin mərhələdə milli məhkəmə sistemində mühakimə olunur. Azərbaycan hüquq-mühafizə orqanları bununla bağlı konkret cinayət işi açıb, de-fakto Cenevrə Konvensiyası, beynəlxalq humanitar hüququn əsas prinsipləri pozulub, insanlıq əleyhinə cinayət törədilib. Biz ümid edirik ki, bu, məntiqi sonluğa çatacaq, bu cinayətləri törədənlərin hamısı məsuliyyətə cəlb olunacaq. Beynəlxalq mühakiməyə gəlincə, bu gün Beynəlxalq Cinayət Məhkəməsi - Haaqa Məhkəməsi mövcuddur. Bu məhkəmə işğal, insanlıq əleyhinə hərbi cinayətlər, soyqırımı kimi cinayətlərə baxır. Hələlik nə Azərbaycan, nə də Ermənistan bu orqanın iştirakçısıdır. Ancaq unutmaq lazım deyil ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 13-cü maddəsi mövcuddur. Bir və bir neçə belə cinayət törədildikdə, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə istintaqın başlaması üçün müraciət edə bilər. Azərbaycan bunun bütün hüquqi imkanlara malikdir. İnsanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi bu gün beynəlxalq səviyyədə qarşıda duran əsas vəzifədir. Bu, bütün dövlətlər qarşısında öhdəlik qoyur ki, Azərbaycanla əməkdaşlıq etsin və belə şəxslərin üçüncü dövlətlərin ərazisində təhlükəsiz sığınacaq tapmasının qarşısı alınsın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Oxşar yazılar