Azərbaycan Ordusunun anti-terror əməliyyatları nəticəsində ağır itkilər verən işğalçı Ermənistan muzdlu döyüşçüləri və başqa ölkələrdə yaşayan erməni separatçıları Qarabağa gətirir.
Lent.az-ın məlumatına görə, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən bir qrup erməni separatçı Vahaqn Çaxalyanın rəhbərliyi altında Qarabağda döyüşlərə qatılıb.
Hərbi əməliyyatlar başlayandan sonra Ermənistan mediası Cavaxetiyadan 8 min erməninin gəlməyə hazır olduğu haqda məlumat vermişdi. Lakin Gürcüstan hökuməti sərhədləri bağlayaraq, separatçıların keçidinə imkan vermədi.
Gürcüstan mediası yazır ki, V.Çaxalyan və dəstəsi sərhədlər bağlanmamışdan öncə Ermənistana keçə bilib. Çaxalyanın Feysbuk səhifəsində paylaşdığı fotolar separatçıların bunkerdə gizləndiyini göstərir. Erməni separatçının Feysbukda sonuncu paylaşı 29 sentyabrdadır, böyük ehtimalla ya qaçıb, ya da məhv edilib.

Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu, amma…
Oxşar yazılar

Media nümayəndələrinə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu
22 iyul 2025 , 19:50
MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubiley tədbiri keçirilib
22 iyul 2025 , 19:43
Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46
Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
21 iyul 2025 , 17:57
Prezident media nümayəndələrini təltif etdi - SİYAHI
21 iyul 2025 , 17:37
İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Xocalıdan olan qadın
21 iyul 2025 , 13:35
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
21 iyul 2025 , 11:55