“Bizim “ideoloqlar” elə fikir yaratmışdı ki, müharibə başlasa, xalq arasında çaxnaşma düşəcək. Ancaq onların bu iddiaları puç oldu”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin vitse-spikeri Fəzail İbrahimli deyib. O bildirib ki, Azərbaycan 30 ildir Minsk Qrupunun bizə etdiyi məsləhəti yerinə yetirir: ”Onlar deyirdilər, özünüz danışın. Biz indi özümüz danışırıq. Qananı sözlə, qanmayanı güclə başa salırıq”.
F.İbrahimli bildirib ki, Fransanın tarixi daim türkə qarşı olub: “Fransa mənəvi və siyasi haqqını itirib. Bu ölkənin özünə hörməti varsa, Minsk Qrupu həmsədrliyindən geri çəkilməlidir. Özü geri çəkilməsə, Azərbaycan bunu qətiyyətlə tələb etməlidir”.